“Rusiya Qara Dəniz Donanmasının flaqmanı, Ukrayna müdafiəçiləri tərəfindən məhv edilən Moskva raket kreyserində ən azı iki nüvə başlığı mövcud idi”.
araz.az xəbər verir ki, bu haqda Ukrayna Zabitlər İttifaqı sədrinin birinci müavini Yevgeni Lupakov “Obozrevatel”ə bildirib. Onun sözlərinə görə, hazırda dənizin dibində yerləşən nüvə silahı heç bir təhlükə yaratmır.
“Nə qədər ki, nüvə başlıqları toxunulmazdır, onlardan heç bir sızma olmayacaq. Və mən əminəm ki, onlar zədələnməyiblər, çünki bu gün orada radiasiya fonu artmayıb”, – deyə Ukraynalı zabit əlavə edib.
Xatırladaq ki, aprelin 13-də “Moskva” kreyserinin Qara dənizdə Ukraynaya məxsus “Neptun” raketləri tərəfindən məhv edilib.
Rusiya Müdafiə Nazirliyi yalnız Moskva kapitanının ölümünü təsdiqləyib, 27 nəfər isə itkin düşüb. Jurnalistlərin məlumatına görə, itkin düşənlər arasında çağırışçılar da var.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.