1651658461 arzu kerimov“Orta və ali təhsil müəssisələrində tədris hər il sentyabrın 15-də başlayır və iyunun 14-də bitir. Bu isə dirçəlməkdə olan Azərbaycan Turizminə təsir göstərir”.

araz.az   xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən ekspert Arzu Kərimov deyib ki, səbəbləri təqvimlə əlaqdardır:

“İsti yay günlərində məhsuldarlığı aşağı düşən müəllim-şagird heyəti iyun ayındakı 2 həftəlik dərs müddətini sentyabrın ilk iki həftəsi ilə əvəzlənsə daha yaxşı effekt verər. Sentyabr təhsil ayıdır. Uşaqlar dərsə həvəslə gəlir və oxuyurlar”.

Arzu Kərimov onu da bildirib ki, sentyabrın 1-i tədris ilinin başlanğıcı üçün ideal tarixdir:

“Amma iyun ayı isə tətil üçün gözəl aydır. İyun ayını qeyri-məhsuldar başa vurmaqdansa yay tətili başlayarsa, turizmə də öz töhfəsini verə bilər”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.