“Son günlər benzinin bahalaşmasına dair yayılan şayiələr dünyada neftin qiymətinin qalxması ilə əlaqədardır”.
araz.az bildirir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O qeyd edib ki, dünyada neftin bahalaşması Azərbaycanda da benzinin qiymətinin artacağı ilə bağlı gözlənti formalaşdırıb: “Bizdə “Aİ-92” markalı benzin və dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir, Tarif Şurasına aiddir. “Premium” markalı benzinin qiymətini isə dövlət tənzimləmir. Bu benzinin qiymətində istənilən an artıma gedə bilirlər və gedəcəklər. Çünki ölkəyə benzini təkcə SOCAR gətirir. Düşünürəm ki, “Premium”da müəyyən qiymət artımı ola bilər”.
İqtisadçı hesab edir ki, “Aİ-92” markalı benzin və dizeldə yaxın günlərdə qiymət artımı olmayacaq: “Ölkədə onsuz da ciddi infilyasiya gedir, qiymətlər qalxır. “Ai-92” benzinin və dizelin bahalaşması isə infilyasiyanı daha da sürətləndirən amilə çevrilə bilər. Bu isə sosial problemə və narazılığa yol açar”.
araz.az xəbər por
araz.az xəbər portalı.