İsveç parlamentindəki PKK-lı deputatlar — Amine Kakabaveh, Evin Çətin, Yekbun Alp, Evin İncir, Eda Düzgün qardaş Türkiyə Cümhuriyyəti əleyhinə və milli maraqlarına qarşı nələr etmirlər?!
Etibarlı mənbədən araz.az-ın əldə etdiyi məlumata görə, hətta “deputat” adı altında gizlənən bu terrorçular, illər öncə, Qəndildəki PKK kamplarına gedərək, terrorçulara dəstək də veriblər. Onların yalnız silah-sursatla deyil, hərtərəfli təmin edilmələrinə külli miqdarda pullar xərcləməkdən belə çəkinməyiblər.
Əldə etdiyimiz bu məlumatda xüsusi olaraq o da qeyd olunur ki, İsveçdə bu PKK-çı deputatların iyrənc maraqlarına uyğun fəaliyyət göstərən TV-lər də var. Dəhşət ondadır ki, İsveç dövləti bu terror TV-lərinə — Nevruz TV, Ronahi TV və Aryen TV-yə maliyyə də ayırır. Məlumatdakı fakt və dəlillər də onu sübut edir ki, İsveçin iyrənc əməlləri, məkrli plan və niyyətləri belə açıq-aşkar göz qabağındadır və danılması mümkünsüzdür. Mövzu dərin və düşündürücü olduğu üçün, daim araz.az-ın diqqətində olacaq və yeni araşdırma yazılarını dəyərli oxucularının, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq.
Bu yerdə isə, yalnız bizi, bu ciddi məsələnin təsdiqi olan etibarlı mənbə məlumatındakı həqiqət və reallıqlar çərçivəsində yaranan aşağıdakı sualların cavabları maraqlandırır:
— Bəs, onda, İsveç dövlətinin başında duranların, son vaxtlar, Türkiyə Cümhuriyyətinə kömək və dəstək üçün müraciət etməyə necə üzləri gəlir?! Axı, bu iyrəncliklərdən sonra, Ankara, Türkiyənin bütün tələblərini gözardı edən İsveçin NATO üzvlüyünə niyə “HƏ” deməlidir?!
araz.az xəbər portalının Araşdırma Qrupu.
araz.az xəbər portalı.