sona1 Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın baş verib. Sözügedən evin sabiq deputat Sona Əliyevaya məxsus olduğu iddia edilir.

araz.az xəbər verir ki, bu barədə  Pravda.az-a açıqlama verən Sona Əliyeva bildirib ki, ev onun qayınatası Fuad Süleymanova məxsusdur: “Həyat yoldaşım evin tək oğludur. Ev qayınatama məxsusdur. Mən də bu evə gəlin gəlmişəm. Normal Azərbaycan adət-ənənələrinə uyğun olaraq… Biz birlikdə yaşayırıq. Ev mənim deyil və olmayıb. Heç həyat yoldaşıma da məxsus deyil. Yüngül yanğın olub. Ciddi fəsad və xəsarət alan yoxdur. Hər şey qaydasındadır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.