Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.
araz.az bildirir ki, bu xəbəri APA yayıb.
Bildirilir ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev saytın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub: “Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.