“Son həftələrdə Rusiya Ukraynaya təcavüzünün ilk mərhələlərində zəif fəaliyyət göstərdiyi hesab edilən yüksəkrütbəli komandirləri işdən çıxarıb”.
araz.az bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsaslanaraq yaydığı açıqlamada belə deyilir.
“Əvvəlcə Xarkovu ələ keçirə bilmədiyi üçün 1 Elit Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel vəzifəsindən uzaqlaşdırılıb. Rusiyanın Qara Dəniz Donanmasına komandanlıq edən vitse-admiral İqor Osipov da aprel ayında “Moskva” kreyserinin batmasından sonra işdən çıxarılıb.
Rusiya Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov, çox güman ki, vəzifəsində qalacaq, lakin onun Prezident Vladimir Putinin etimadını qoruyub saxlayacağı bəlli deyil. Görünür, Rusiya hərbi və təhlükəsizlik sistemində səhvləri ört-basdır etmək və “günah keçisi” axtarmaq praktikası qalır”, – deyə məlumatda vurğulanıb.
Məlumatda o da qeyd olunub ki, Ukraynanın işğalında iştirak edən bir çox rəsmi Rusiyanın əməliyyat uğursuzluqlarına görə cəzadan qaçmağa çalışacaq: “Bu, çox güman ki, Rusiyanın mərkəzləşdirilmiş komandanlıq və nəzarət modelində gərginliyi daha da artıracaq, çünki zabitlər getdikcə daha çox əsas qərarları öz rəhbərlərinin qəbul etməsinə çalışırlar. Bu şərtlər daxilində isə Rusiyanın təşəbbüsü geri qaytarması çətin olacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.