Azərbaycan İKT sahəsində yerli peşəkarların yetişməsi məqsədilə keçirilən “Mobil rabitənin əsasları” təlimi, Azərbaycan Texniki Universitetində (AzTU) növbəti dəfə keçirilib. Bu barədə, araz.az-a daxil olan məlumata görə, texniki peşə istiqamətlərində təhsil alan tələbələr üçün nəzərədə tutulan bu təlim proqramı mobil operator “Nar” tərəfindən hazırlanır. Məlumatda bildirilir ki, təlimdə iştirak edən tələbələr mobil rabitənin tarixi, təkamülü, standartları, həmçinin, şəbəkə arxitekturası və texnologiyaları kimi əhatəli mövzular haqqında biliklər əldə edir. Bütün mövzular “Nar”ın texniki heyəti tərəfindən mobil operatorun təcrübəsi əsasında hazırlanır və elə, texniki heyətin əməkdaşı tərəfindən keçilir. Təlimlər zamanı tələbələr suallarını birbaşa mobil operatorun nümayəndəsinə ünvanlamaq imkanı əldə edir.
Onu da qeyd edək ki, “Mobil rabitənin əsasları” təlimi “Nar” və AzTU arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində, davamlı olaraq, hər il keçirilir. Bu təlimlərin tələbələrin universiteti bitirdikdən sonra karyeralarına daha rahat başlanğıc etmək və qısa zamanda rabitə sahəsinin peşəkarlarına çevrilmək imkanı yaradır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.