bf997d4a 9667 4de8 ae05 6c9440ae5a0a 768x403“Ermənilər Laçından çıxmaq istəmir. Bu, Qarabağın itirilməsinin əsas müqəddiməsidir. Qarabağda etnik təmizləmə siyasətini həyata keçirən Azərbaycan ermənilərin məskunlaşdığı Laçın şəhəri və dəhlizdəki kəndlərdən yan keçməklə sürətlə alternativ marşrut qurur. Bu isə həmin yaşayış məntəqələrinin əhalisinin məcburi köçkünə çevriləcəyi və ya qaçılmaz zorakılıq təhlükəsinin təsiri altına düşəcəyini şərtləndirən mühüm addımdır”.

araz.az  erməni teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Demokrat Partiyası adlı təşkilatı sərsəm, həyasız açıqlama ilə çıxış edib.

Təşkilatın bəyanatında bildirilir ki, bütün bunlar onu göstərir ki, Putin cinayət planından əl çəkməyəcək.

Bəyanatda daha sonra deyilir: “İlham Əliyev strateji müttəfiqi olan Rusiyanın regiondan çıxarılmasına qədər dəhlizə nəzarətin yaradılması üçün ilkin şərtlər yaratmağa tələsir. Milli Demokrat Partiyası ATƏT-in Minsk Qrupu həmsədrlərinin nümayəndələri kimi Amerika Birləşmiş Ştatlarının və Fransanın Ermənistan Respublikasındakı səfirlərinə müraciət edərək, etnik təmizləmənin dərhal və real təhlükəsinin qarşısını almaq üçün onların müdaxiləsini xahiş edir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.