““TEXNOFEST Azərbaycan” festivalının bir çox aspektlərdən xüsusi əhəməyyəti var. Bu festival Azərbaycan-Türkiyə münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu, həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında oluduğunu, iki qardaş ölkənin bir çox vacib məsələlərdə birlikdə addım atdığını və məsləhətləşdiyini göstərir. Azərbaycan xalqı da qardaş ölkənin bu dəstəyini çox yüksək qiymətləndirir. Bu festival heç kimi narahat etməsin, çünki kiminsə əleyhinə yönəlməyib. Festivalın keçirilməsi təbiidir. Türkiyə ilə Şuşa Bəyannaməmiz, imzalanmış bir çox sənədlər var. Əvvəlki dövrdə də Türkiyə ilə birgə müxtəlif tədbirlər keçirmişik. Yalnız o dövlətlər narahat ola bilər ki, onların Azərbaycana qarşı düşmənçiliyi davam etdirmək və təcavüz etmək planları var. Lakin bilməlidirlər ki, bunun qarşısı Azərbaycan və Türkiyə tərəfindən çox ciddi şəkildə alınacaq”.
araz.az-ın xəbərinı görə, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, “TEXNOFEST”in keçirilməsi ilə Azərbaycan-Türkiyə birliyinin nümayişi Ermənistanın sıxışdırılması demək deyil: “Qarabağda yaranan vəziyyətə görə birbaşa Ermənistan məsuliyyət daşıyır. Ermənistan yenə yanlış yoldadır. Dünən də yalan və qondarma bir məlumat yaydılar ki, guya Azərbaycan atəşkəsi pozub. Burada əsas hədəf Brüssel danışıqlarını pozmaq və tənzimləməyə imkan verməməkdir. Ona görə də hansı sıxışdırılamadan, kiməsə qarşı fəaliyyətdən söhbət gedə bilə bilər? Əgər Ermənistan narahatdırsa, o zaman torpaqları boşaltsın, əməkdaşlığa başlasın və yekun sülh müqaviləsini birlikdə imzalayaq. Nə qədər ki, Ermənistan bunu etməyib, hələ çox narahat və gərgin olacaq. Bunun da bilavasitə günahkarı Ermənistan özüdür. İrəvan öz baxışını, yanaşmasını dəyişməlidir ki, bölgəyə sülh gəlsin. Həm Azərbaycan, həm Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır. Amma təəssüf ki, Ermənistanın daxilində müəyyən siyasi qüvvələr hələ də Azərbaycana və Türkiyəyə qarşı düşmənçiliklərini davam etdirirlər. Belə olan halda, Azərbaycanın münasibətləri və reaksiyası hər zaman sərt və kəskin olacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.