“Azərbaycan Milli Elmlər Akademiyasında prezident seçkisinin nə vaxt keçiriləcəyi ilə bağlı dəqiq fikir söyləyə bilmərəm. Seçkinin təşkili məsələsi isə Nizamnamədə qeyd olunub”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov deyib.
M.Mərdanov AMEA-ya 3 aydan artıq müddətdə prezident seçilməməsinin səbəbləri və bu məsələdə Ramiz Mehdiyevin təsirinin olub-olmaması barədə suala cavab vermək istəməyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.