“Əgər sayğacda problem yaranıbsa və bununla bağlı vətəndaş müraciət edib və nöqsan təsdiqlənib, pul geri qaytarılıbsa, yəni bu şəkildə hər hansı bir fakt varsa, artıq sayğacların fəaliyyətini dayandırıb konkret şəkildə yoxlamaq, onların auditini aparmaq lazımdır. Belə bir fakt qeydə alındığı zaman artıq müzakirə obyekti deyil, sayğacların problemi, xətası var. Xətası olan işi də vətəndaşların istehlakına vermək olmaz. Bu, vətəndaşların haqlı narazılığına səbər olur.”
araz.az bildirir ki, bunu enerji üzrə ekspert Fuad İbrahimov deyib.
F.İbrahimov qeyd edib ki, istənilən cihazların xətaları olur və bu normativ beynəlxalq standartlara görə qəbul olunur: “Məsələn, cihazda 000,5 faiz problem yarada biləcək bir ölçü ola bilər. Ancaq elə bir dəqiq ölçü vahidi yoxdur ki, hansısa işi dəqiqliyi ilə ölçsün. Yəni belə kiçik xətanı hər bir insan qəbul edir, amma kütləvi şəkildə vətəndaşların vəsait ödənişində problem yaranırsa, bu, doğru hal deyil. Sayğaclardan ödənişin öncədən edilməsi mental düşüncələrimizlə uyğun gəlmir. Burada mobil telefon sistemində olduğu kimi, “pulunu ver, sonra danış” tipli bir sistem yaradıblar. Onsuz da vətəndaşlar, istehlakçılar belə şeyi qəbul etmirlər. İstehlakçı, ümumiyyətlə, daha çox hər şeyin kreditlə olmasını sevir, yəni birinci danışım, yaxud da istifadə edim, sonra ödəniş edim. Bu cihazları gətirmək və tətbiq etmək, əlbəttə, “Azərişıq” ASC-nin hüququdur, amma xətası varsa, vətəndaşın qoyduğu vəsaiti mənimsəyirsə, məsələ araşdırılmalıdır. Cihaz yoxlanılmadan, müəyyən sınaqlardan keçirilmədən istifadəyə verilirsə, bu, hətta cinayət hesab olunur”.
Qeyd: Son günlər “Azərişıq” ASC-nin sms tipli sayğacları ilə bağlı şikayətlər kəskin artıb.
araz.az xəbər poratlı.
araz.az xəbər portalı.