semsi semedoglu

“Mənim şirkətimi, zavodumu dağıdıb talan etdilər. Amma mən əminəm ki, möhtərəm Prezidentimizin, dövlətimizin də dəstəyilə qısa zamanda əvvəlkindən də daha yaxşısını qurub yaradacağam. Mən buna söz verirəm. Kollektivim ilə birlikdə Kəlbəcərdə qurub yaradacağım işləri görəcəksiniz”. 

araz.az xəbər verir ki, bunu əfv sərəncamı ilə 22 il sonra azadlığa çıxan Şəmsi Səmədoğlu (Şəmsi Səmədzadə) bildirib.

O, “mən həbs olunanda şirkətimin 2700 nəfər işçisi var idi”, – deyib.

İş adamı “Səmədoğlu Atatürk” şirkətinə rəhbərlik edib.

Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. 

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. Yerli mediada, Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb. Onun “Zakir Qaralova vurduğu 2 qapaza görə 22 ildir həbsdə yatan iş adamı” olduğu qeyd edilir. Bildirilir ki, Zakir Qaralov Şəmsi Səmədzadəni “aylığa otuzdurmaq” istəyib, Şəmsi isə Qaralovun istəyini rədd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.