Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqləyib.
araz.az bildirir ki, bu barədə Aİ bəyanat yayıb.
“Aİ ölkələri 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina edəcək.
Həmçinin Rusiya Federasiyasından dəniz yolu ilə daşınan neft mərhələli şəkildə dayandırılacaq. Boru kəməri ilə Rusiyadan neft idxalına isə müvəqqəti istisna tətbiq olunub” – deyə bəyanatda qeyd olunub.
Bundan başqa, paketə “Sberbank”, “Rosselxozbank” və Moskva Kredit Bankının SWIFT-dən ayrılması və Rusiyanın RTR/RTR Planeta, Rossiya 24, TV Center-Beynəlxalq telekanallarının Avropada yayımının qadağan olunması daxildir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.