qizil 131 dekabr 2021-ci il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) balansında 5 milyard 892,7 milyon dollar dəyərində 101 ton 801 kq (3 272 974,8 troya unsiyası) qızıl olub. Bu qızıllar Fondun Bakıdakı binasında xüsusi anbarda külçələr şəklində saxlanılır.

araz.az  Marja.az-a istinadən  xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəyində bildirilir.

31 dekabr 2020-ci il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun balansında 6 milyard 170,8 milyon dollar dəyərində 101 ton 801 kq qızıl olmuşdu. Beləliklə, hesabat ilində qiymətin düşməsi nəticəsində qızıl külçələrin dəyəri 278,1 milyon dollar (472,8 milyon manat) azalıb.

“Fondun investisiya portfelinin gəlirliliyi hesablanarkən qızıl alt portfeli nəzərə alınmamış, hesabat ilində qızıl alt portfelində dəyişiklik eyni dövrlə müqayisədə qiymətin azalması fonunda baş vermişdir ki, bu da Fondun büdcədənkənar xərclərində 472,8 milyon manat ekvivalentində özünü göstərmişdir”, – Rəydə bildirilir.

ARDNF-nin inzibati binası – “SOFAZ Tower” müasir texnoloji yenilikləri və Azərbaycan xalçaçılıq məktəblərinin qədim tarixini özündə birləşdirən unikal layihədir. Bina Heydər Əliyev prospekti 165 ünvanında yerləşir.

 araz.az xəbər portalı.

araz.az xəbər portalı.