1559385297 1558423671 1558423430 1558422867397759366 1000x6691655394618Bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində  hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

araz.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb.

Qeyd edək ki, Binəqədi  rayonu, Biləcəri qəsəbəsindəki  6 saylı Dartı Yarımstansiyasından çıxan  yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına  çətinliklər yaradıb.

Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir. Hadisə aidiyyəti üzrə araşdırılır.

***19:49

Bakı-Sumqayıt elektrik qatarı 40 dəqiqədən çox yolda hərəkətsiz dayanıb.

araz.az  xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı feysbuk hesabında yazıb.

O qeyd edib ki, elektrik qatarının dayanmasına səbəb işığın sönməsidir.

araz.az xəbər portalı.