“Absurd dövrdə yaşayırıq. Bakı şəhər icra başçısı Eldar Əzizov “Difahi”dən kitab yazır, amma kitab yarmarkasının keçirilməsinə qadağa qoyur. Ramiz Mehdiyev də belə edirdi, demokratiyadan, dövlətçilikdən qalaq-qalaq kitablar yazırdı əvəzində özünə və ətrafına lüks həyat, eləcə də 5-ci kolon yaradırdı. İndi nə əməllərini, nə də əmlakını və var-dövlətini hesablanmaqla bitirmək olmur”.
araz.az xəbər verir ki, bunu “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.
“İki ay məktuba cavab vermədilər sonra dedilər “Abadlıq xidmətinə” deyin, “Abadlıq” dedi bizim etirazımız yoxdur. Bəhanə kəsiləndə adamların bir yerə yığılmasını istəmirik dedilər. Bir şəhərin meri necə və niyə kitaba qadağa qoymalıdır. Tiflisdə Rustaveli küçəsi boya-boy sənətkarların, kitabçıların üzünə açıqdır. Heç icazə də istənilmir. Bütün böyük şəhərlərdə əl işləri və kitab sərgilərinə küçə və parklarda şərait yaradırlar. Eldar müəllim isə özünü intelektual sayır, “hamı Hararini oxumalıdır”, deyir amma kitaba qadağa qoyur. Sabir heykəlinin yanında olmaz, Fontanlarda olmaz, Bulvarda olmaz; bu qədər dövlət vəsaitləri hesabına parklar salınır, bulvar tikilir ki, orda kitab olmasın! Bəs bu yetim Azərbaycan kitabına harda sərgi keçirək?. “Bizim kitaba böyük hörmətimiz var” deyirlər. Hörmətiniz budurmu? İl boyu belə etirazlarla, olmazlarla qanımızı it qanına döndərirlər, qoy bir həftəsonu da Eldar müəllimin qanı qaralsın” – Ş.Xuduoğlu əlavə edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.