10a05142 32e3 4d8d 9432 6d68a65c4f86 1

 
Kim Kardaşyan, Ruben Gülümsəryan, Robert Əmirxanyan, Nona Qaraqaşyan, Albert Ağacanyan, Qazaros Ağayan, Karen Dəmirçyan, Zori Balayan, Ararat Mirzoyan…
Siyahını istənilən qədər uzatmaq olar… Bu tanınmış ermənilərin soyadlarına diqqətlə fikir verin, hamısı Azərbaycan sözləridir. Axırına “-yan” sonluğu artırılmış belə erməni soyadları yüzlərlədir…
Və ya Seyran Ohanyan, Cəlal Arutunyan, Şuşan Stepanyan, Aslan Karamyan… Burda da adlar fərqlidir, əsl erməni sözləri deyil, bizim sözlərdir.
Bəs bu sözlər ermənilərin dilinə necə, nə vaxt keçib?
araz.az bildirir ki, Modern.az mövzu ilə bağlı araşdırma aparıb.
Tarixən özlərini “haylar” adlandıran ermənilərin yüzilliklər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb. Bu mənfur xalq – haylar vaxtilə Cənubi Qafqaza yerləşəndən sonra “Böyük Ermənistan” mifik xülyasını reallaşdırmaq üçün tədricən həm torpaqlarımıza, həm də mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar.
Bu cür oğurluqları ilə saxta tarix formalaşdırmaq onlarda bir “ənənə”yə çevrilib. Faktlar göstərir ki, erməni dili hibrid (calaq) dil olduğu kimi, bu millətin özü də hibriddir, yekcins deyil.
Erməni xalqı-haylar özünə mədəniyyət yaratmaq üçün zaman-zaman coğrafi yer adlarımızı, dastan, bayatı, atalar sözlərimizi, nağıl və lətifələrimizi, aşıq yaradıcılığımızı, musiqi, mahnı və rəqslərimizi, adət-ənənələrimizi mənimsəməyə, xalçalarımızı və onların naxışlarını, mətbəx reseptlərimizi və xörəklərimizin adlarını özlərininkiləşdirməyə səy göstəriblər.
Qafqazın erməniləşdirilməsi prosesi zamanı ermənilər azərbaycanlılara məxsus şəxs adlarını da hədəf seçib və onları zaman-zaman yeni doğulan övladlarına verib, soyad düzəldiblər…
Araşdırmalara görə, ermənilərin ad oğurluğu prosesi XV əsrdən başlayıb, XVII-XVIII əsrlərdə xüsusilə güclənib. 
Dahi rus şairi Aleksandr Puşkin ermənilər barədə nahaq yerə deməyib: “Sən oğrusan, sən qorxaqsan, sən ermənisən!”.
Uzun illər Qərbi Azərbaycanın tarixi, coğrafiyası, abidələri, folklorunu araşdıran tədqiqatçı alim, deputat Əziz Ələkbərli də məhz bu mövzuda ayrıca kitab yazıb. “Türkmənşəli erməni soyadları” kitabında Ə.Ələkbərli 1001 erməni soyadını araşdırıb, onların mənşəyi, leksik-qrammatik xüsusiyyətlərini tədqiq edib.
Tədqiqatçı yüzillərdən bəridir alimləri düşündürən “Ermənilər (haylar) kimdir, mənşələri nədir, hansı etnik-mədəni sistemə daxildirlər, hansı coğrafi məkanda və nə vaxt tarix səhnəsinə qədəm qoyublar, Yaxın Şərqə və Qafqaza nə vaxt gəliblər, necə olub ki, bütün dünyaya səpələniblər” kimi suallara cavab verməyə çalışıb.
“Söhbət normal bir etnik toplumdan, xalqdan, millətdən getmir, dünyanın erməni kimi tanıdıığı, lakin özləri özlərini erməni yox, hay adlandıran, dillərinə hay dili, əcdadlarına Hayk, atalarına hayrik, vətənlərinə Hayrenik, ölkələrinə Hayastan deyən, etnik cəhətdən çox mürəkkəb, qarışıq və qeyri-yekcins bir toplumdan gedir”,-deyə qeyd edən Ə.Ələkbərli bildirir ki, ermənilər lap qədim dövrlərdən üzü bəri qəbilələrin, tayfaların, xalqların oyuncağı olublar, indi də böyük dövlətlərin və millətlərin əl ağacından, dirijor çubuğundan başqa bir şey deyilllər.
Tədqiqatçı kitabında türkmənşəli erməni soyadlarının necə erməniləşdirildiyini ətraflı izah etməklə hayları fakt qarşısında qoyub.
Mövzu ermənilərdisə, onda alman faşistlərinin liderlərindən olmuş Yozef Göbbelsin bir fikri də yada düşür: “Yalanı daha çox deyin, o zaman inanacaqlar”. Göbbels bu prinsipi sanki ermənilər üçün səsləndirib və həmin ifadəni hayların “vizit kartı” da adlandırmaq olar.
araz.az xəbər portalı..

araz.az xəbər portalı.