sefermehdiyev0“Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsində əməliyyat keçirdiyi və saxlanılanların olduğu bildirilir. Əməliyyat keçirilibsə, yəqin ki, neqativ hallar mövcuddur. Belə olan halda, təbii ki, DGK-nın başında oturan birinci rəhbər şəxsin də məsuliyyəti var. Bu, birmənalıdır. Ancaq cinayət və ya araşdırma predmetinin nə olduğunu, detalları dəqiq bilmədiyimiz üçün konkret nəsə desək, ədalətli olmaz. Ümumiyyətlə, Dövlət Gömrük Komitəsindən kifayət qədər narazılıq və şikayətlər var. Komitə əhalinin narazı olduğu, bəlkə də 3-4 qurumdan biridir”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bu sözləri  Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

O bildirib ki, DGK-da mütləq islahatlar aparılmalı, dəyişikliklər olmalıdır: “Bu Komitədə mexanizm yumşaldılmalıdır. İnsanların gömrük xidmətindən daha rahat istifadəsi üçün şərait yaradılmalıdır. Bəzi rüsumlar aşağı salınmalıdır. Vətəndaşların kənardan mal ala bilmələri üçün tətbiq olunan limitin həcmi artırılmalı, yəni 300 dollardan yuxarı qaldırılmalıdır. Gömrük Komitəsində bir çox sahələrə düzəlişlər edilməlidir ki, insanların rifahı yaxşılaşsın. DTX-nin keçirdiyi əməliyyatın Komitədə islahatlara səbəb olub-olmayacağını deyə bilmərik. Gözləyək, görək nə olur? Səfər Mehdiyevi həbs edəcəklərinə inanmıram. Çünki hələki iri ranqlı heç bir məmur həbs olunmayıb. Bir Səlim Müslümov idi, onu da azadlığa buraxdılar. Biz, onsuz da, kiminsə həbs olunmasını arzulamırıq. Kimsə həbs olunacaq, kimsə buraxılacaq… Əsas məsələ işin, prosesin irəli getməsidir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.