Rusiya sülhməramlı kontingentinin keçmiş komandiri general-leytenant Rüstəm Muradov Mahaçqalada keçirilən görüşdə TASS müxbirinə bildirib ki, Qarabağdakı sülhməramlı missiyanın müddətinin uzadılması barədə qərar qəbul ediləcək.
Deyəsən Muradovun quyruğu daha aşkar görünməyə başlayıb. Təbii ki, bu məsələ Rusiyanın və ya Muradovun qərar verəcəyi məsələ deyil. Buna xalqımızın iradəsi ilə Azərbaycan dövləti qərar verəcək. 44 günlük Müharibədə, Qaragöldə, Alagöllərdə, Qubadlıda, Fərruxda və digər ərazilərdə olduğu kimi. Buna kimsənin şübhəsi olmasın. Belə axmaq bəyanatlara görə Kremlin yanında kimsə olmaq istəmir. Hətta yaxın və uzaq qonşuları da.
Görünən odur ki, erməni hərbçilərinin meyitlərini daşımaqda daha üstün təcrübəyə malik olan rusiyalı general Muradov həddini aşmaqla bərabər Qarabağda qaynar öpüşlərlə yerindən çıxardığı Arayik Arutunyanın “dili” ilə danışmağa çalışır. Lavrovun Fərrux barədə dediklərini dərhal silməsindən nəticə çıxarmayan Muradovun terrorçi ağzı ilə danışan uzun dilini boynunun ardından dartıb çıxarmaq hüquq mühafizə orqanlarımız üçün prioritet olmalıdır.
Arayik Arutunyanın da Bakıya gətirilməsi barədə Baş Prokurorluğun bəyanatının yerinə yetirilməsini səbirsizliklə gözləyirik. Əgər Arayiki vaxtında Qobustana səfərini təşkil etsəydik, Rüstəm Muradov tipli erkək erməni dodaqlarının həvəskarları belə qələtlər edərək həddini aşmazdılar.
Bakı səfəri zamanı Rusiya xarici işlər naziri Lavrovdan belə məsələlərə konkret münasibət öyrənməliyik. Görək bizim müttəfiqimiz olan Rusiya rəsmiləri, o cümlədən Lavrov özü və meyitdaşıyan Muradov hansı fərdi münasibətlərə görə seperatçıların yanında yer alır.
Ədalət VERDİYEV,hərbi ekspert
araz.az xəbər portalı.