“Şuşadakı “Qoçət”, səviyyəsizliyin bu qədəri olmaz… Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə, bizi qəbul etdilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər, yaxşı, gətirərik. Sonra ofisiant getdi adminstratorla məsləhətləşdi gəldi ki, sizə çay verə bilmərik. Çünki Bakıdan qonaqlar gəliblərmiş, millət vəkilləri var imiş, buna görə çay sifarişimiz qəbul olunmadı. Deyirəm ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir, yuxarıda adamlar var, samovarda su qurtarıb”.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, bunu jurnalist Vəfa Şəhlayi bildirib.
“Bir ara da guya qazilərə endirim piarı edirdilər. O da boş şey imiş, yalnız Şuşadakı hərbçilərə və xüsusi endirim kartı olanlara aiddir. Sadəcə, ayıb olsun, haram olsun! Şuşaya gedənlərdən bu restoranı baykot etmeyi xahiş edirəm” – V.Şəhlayi qeyd edib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.