Rusiyanın Ukraynaya təcavüzü səbəbindən bir çox Qərb kino şirkətləri Rusiya bazarını tərk edib və bu, onların Şərqdəki rəqibləri üçün açıq məkan buraxıb.
araz.az xəbər verir ki, bu haqda “Sabah” nəşri yazırb.
Məlumata görə, Rusiyada Türkiyə və Cənubi Koreya seriallarına maraq kəskin şəkildə artıb. Məsələn, “IVI” portalında (ivi.ru) türk filmlərinin sayı 12-dən 23-ə, “Kinopoisk”-də 12-dən 21-ə, pullu “Wink” xidmətində 9-dan 16-ya, “Kion TV” onlayn kinoteatrında (kion.ru) 9-dan 18-ə qədər artıb. Yəni hər yerdə təxminən iki dəfə.
Bundan əlavə, “Wink” hind filmlərinin alışını ildə 10 faiz artıraraq 137-yə çatdırıb. Koreya seriallarında da vəziyyət oxşardır, lakin onların sayı daha yavaş sürətlə artır. “Okko” portalı ən yeni Koreya seriallarını alıb, onların sayı 178-dən 246-ya çatıb. Hazırda Rusiya kinoteatrlarında ciddi məzmun çatışmazlığı yaşanır, çünki ən böyük Qərb film istehsalçıları ölkəni tərk edib və yerli film istehsalı isə tələbatı qarşılamaq gücündə deyil.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.