int

 Çox sayda dərmanla intihara cəhd etmək istəyən Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva hadisənin səbəbləri barədə danışıb.

araz.az  Publika.az-a istinadən bildirir ki,  o, bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq üçün müxtəlif bəhanələr gətirməsi, hətta şantaj vasitələrinə əl atmasıdır:

“Məni özü çağırmır, amma Təhsil İdarəsinin bəzi əməkdaşlarını yanıma göndərir. İşimdə etmədiyim səhvləri, yol vermədiyim qüsurları üstümə atırlar. Hamısı şər-böhtandır. Məqsəd məni işdən azad etməkdir. Hətta ən xırda məsələni belə məqsədli şəkildə şişirdir, olmazın sözlər deyirlər. Mən bütün bunlara dözə bilmədim. Hətta qeyd etdim ki, iyul ayının 6-sı məzuniyyətə çıxacağam, 7-si isə gəlib ərizəmi yazıb işdən gedəcəyəm. Lakin göndərdiyi adamlar bildirdilər ki, “yox, elə bu dəqiqə ərizəni yazmalısınız”. Yerimə namizəd də tapıblar. Bu, məktəbdə təşkilatçı işləyən, tədris müəssisəsinin keçmiş direktoru Müsəddin Məmmədovun gəlini Nüşabə Məmmədovadır”.

Məlumat üçün qeyd edək ki, M.Qarayeva 2011-ci ildən İ.Qayıbov adına 1 nömrəli orta məktəbin direktoru işləyir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.