62b5f9033ce0d62b5f9033ce0e165609293162b5f9033ce0a62b5f9033ce0cDaşkəsəndə güclü yağış bir sıra fəsadlar törədib.

araz.az-ın məlumatına görə, axşam saatlarında yağan intensiv dolu və leysan yağış nəticəsində çaylarda sululuq artıb.

İntensiv dolu və leysan yağışları nəticəsində çay yataqlatında sel sularının kəskin artması hazırda Alaxançallı kəndi ilə rayon mərkəzi arasında yeganə əlaqə yaradan suötürücü keçidi tamamilə dağıtmışdır.

Qeyd edək ki iyunun 10-da baş vermiş eyni xarakterli təbii fəlakət Alaxançallı kəndinə ciddi ziyan vurmaqla kəndin 3 ədəd körpüsünü aparmış, yollarını yararsız vəziyyətə salmışdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması çərçivəsində tez bir zamanda kəndlə əlaqəni bərpa etmək məqsədilə çay yatağında iridiametrli dəmir borulardan bir ədəd suötürücü keçid quraşdırılmışdı.

Sel sularının həmin suötürücünü aparması Alaxançallı kəndi ilə rayon mərkəzi arasında əlaqəni yenidən kəsmişdir.

Həmçinin intensiv dolu və sel suları rayonun Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan və bir sıra yaşayış məntəqələrində şəxsi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinin dam ötrüklərinə yenidən ciddi ziyan vurmuşdur.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəfələrlə məlumat verilsə də, bu günə kimi Fövqəladə Hallat Nazirliyi Daşkəsən rayonunda baş vermiş təbii fəlakətlə maraqlanmamışdır. 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.