Aparıcı Elgiz Əkbər yeni açıqlaması ilə diqqət çəkib.
araz.az Baku.ws-ə istinadən bildirir ki, o bir müddət əvvəl müəyyən məbləğdə vəsait sərf edərək burun əməliyyatı etdirib. Lakin sonra səhhətində problemlər yaranıb. Aparıcı bu haqda aparıcısı olduğu “Elgizlə izlə” verilişində danışıb.
Onun sözlərinə görə, qonşu ölkə Türkiyədə etdirdiyi əməliyyatı uğursuz olub:
“Burnumda problem var idi. Türkiyədə əməliyyat etdirdim və 6 000 dollar (təxminən 10 200 AZN) ödədim. Guya müğənni İbrahim Tatlısəsin yatdığı xəstəxanada əməliyyat olunmuşdum. Qoxu bilmirəm, iyi hiss etmirəm. Ən çox sevdiyim yaz fəslində çiçəklərin iyini belə bilmirəm”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.