Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır.
araz.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimindən sonra çıxışında deyib.
“Heç vaxt olmayan, Ermənistan sərhədinə gedən bir çox yollar salınır ki, biz mövqelərə daha rahat gələ bilək.
Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”, – Prezident İlham Əliyev vurğulayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.