1656537602 earthquake 190820Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

araz.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:04-də qeydə alınıb. Ocağı yerin 15.05 kilometr dərinliyində olan zəlzələnin episentri Malatyanın Hekimhan rayonudur.

Fəsadlar barədə hələ ki açıqlama verilməyib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.