Son zamanlar “Azərlotereya”nın təqdim etdiyi yeni “Poz, qazan” adlı lotereya cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Əksəriyyət bu cür qumar oyunlarının Azərbaycan cəmiyyətini fəlakətə apardığını düşünür.
araz.az Demokrat.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Fazil Mustafa bu cür qumar oyunlarının qəti əleyhinə olduğunu bildirib:
“Bütövlükdə bu oyunların əleyhinəyəm. Heç bir bu kampaniyalarda iştirak etmirəm. Bunlara qumar xarakterli oyunlar kimi baxıram. Bu reallıqdır ki, cəmiyyətin belə bir vərdişi var. Lotereya oyunlarına cəmiyyət tərəfindən inandırıcı yanaşılmır. Ola bilsin ki, kimsə uda bilər, qazana bilər, amma gerçək nəzərdə tutulan məbləğlərin real mənzərəsi fərqlidir- insanlar inanmır. Azərbaycanda bu vasitələrlə insanların aldadıldığı başa düşülür. Bunu çoxsaylı insanlarla müzakirələrdə də hiss etmişəm.”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.