Salyanda Dövlət Yol Polisinin əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilir. Görüntülər sosial şəbəkələrdə paylaşılıb, DYP-ə məxsus 99-YP-563 nömrəli avtomobildə əyləşən Yol Patrul Xidməti əməkdaşının vətəndaşdan rüşvət aldığı bildirilir.
araz.az-ın xəbərinə görə Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər Kütləvi İnformasiya Vasitələrində yayıldığı andan məsələ ilə bağlı araşdırma aparılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.