Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.