Xəbər verdiyimiz kimi, gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu keçirilən xüsusi əməliyyat nəticəsində həbs olunub.
araz.az M.Rəsulovla bağlı məlumatları təqdim edir:
Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də anadan olub.
1990-cı ildə məktəbi bitirib və 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 1996-cı ildə ordu sıralarından təxris olunub.
1 sentyabr 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq 2002-ci ildə həmin fakültəni “hüquqşünas” ixtisası üzrə bitirib.
26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olub.
9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.
29.05.2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində və hal-hazırda Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2010-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı ilə və Azərbaycan Respublikası Prezidentinin 29.01.2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəlidir. Dörd övladı var.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.