İyulun 19-da 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək. Bu məqsədlə həmin ailələr sağlamlıq mərkəzində müayinə olunmağa çağırılıblar.
30 illik həsrətdən sonra doğma kəndlərinə qayıtmağa sayılı günlər qalan sakinlər ata-baba yurdlarına geri döndükləri üçün sevincli olduqlarını qeyd ediblər.
Müayinə prosesi iki gün ərzində Masazır Ailə Sağlamlıq Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasında davam edəcək. Həm böyüklər, həm də uşaqlar həkim-terapevtlər və pediatrlar tərəfindən müayinə olunduqdan sonra evə buraxılacaqlar. Kiminsə səhhətində problem yaranarsa, o, müalicə olunduqdan sonra doğma yurduna qayıda biləcək.
Daha ətraflı süjetdə:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.