Zelenski döngədə atları dəyişir
Ukrayna prezidenti Vladimir Zelenski baş prokuror İrina Venediktovanı və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu vəzifəsindən kənarlaşdırıb.
araz.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Ukrayna liderinin sözlərinə görə, Ukraynada dövlətə xəyanət və hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməlləri barədə 651 cinayət işi başlanıb. Onlardan bəziləri artıq ittiham olunub.
“Dövlətin milli təhlükəsizliyinin əsaslarına qarşı cinayətlərin bu cür silsiləsi və Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Rusiyanın xüsusi xidmət orqanları arasında qeydə alınan əlaqələr çox ciddi suallar yaradır. Bu sualların hər biri öz cavabını alacaq”, – dövlət başçısı bazar günü özünün Telegram kanalında yaydığı videomüraciətdə bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.