Prezident İlham Əliyevin sərəncamı ilə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib. Komitənin sədri postunun kimə həvalə ediləcəyi barədə versiyalar irəli sürülür. Bəzi iddialara görə, Səfər Mehdiyevin yerinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev gələcək. Başqa mənbələrdən verilən məlumata görə isə, Mehdiyevin postu yaxın zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya həvalə ediləcək.
araz.az bildirir ki, Pravda.az-ın əməkdaşı məsələ ilə bağlı Vüsal Qasımlı ilə əlaqə saxlayıb.
O isə, Bakıda olmadığını bildirib.
“Danışmağa imkanım yoxdur” deyərək dəstəyi asıb.
Mərkəzin Kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova saytımıza açıqlamasında məsələdən məlumatsız olduqlarını bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.