Nəhayət ki, ölkə mətbuatında və ictimaiyyət arasında son günlərin əsas mövzusuna çevrilən
Lənkəranda məktəblinin döyülməsinə də, yuxarıların ciddi reaksiyası oldu. araz.az-a verilən məlumatlar və ölkə mətbuatında gedən yazılar da bunu təsdiq etdi. Rəsmən təsdiqlənən həmin məlumatlara görə, qanunlarımız çərçivəsinə sığmayan bu cinayət hadisəsinin törədilməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı işdən azad edilib. Bu barədə olan məlumatlarda o da qeyd edilib ki, Rasilə Arifqızı bu gündən etibarən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub. Ümumiyyətlə, Lənkəranın icra başçısı müavini R. Əliyeva və Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətləri edərək, ona müxtəlif bədən xəsarətləri yetirməkdə ittiham olunurlar. Onu da qeyd edək ki, bu məsələ ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Aparılan araşdırmalar zamanı 9-cu sinif şagirdinin Lənkəran rayon icra hakimiyyəti başçısının müavini Rəsilə Arifqızı və Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən döyülməsi faktı öz təsdiqini tapıb.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.