1647602747 diaspor 750x375Azərbaycan xalqının birliyi, həmrəyliyi, gücü, qüvvəti heç kimə sirr deyil. Lakin 44 günlük Vətən müharibəsi bunu bir daha bütün dünyaya bəyan etdi. Dünya azərbaycanlılarının birgə necə addımlaması düşmənə və eləcə də digər dövlətlərə örnək, dərs oldu.

İllərdir ki, dünya azərbaycanlılarının diasporu, lobbiçilik üzərində işlər aparılır. Bəs görəsən, hazırda bu sahədə işlərin hansı səviyyədədir? İkinci Qarabağ müharibəsindən sonra hansı yeniliklərin əldə edilib?


DİASPOR İnformasiya Mərkəzinin sədri, diaspor işləri üzrə ekspert Toğrul Allahverdili məsələ ilə bağlı fikirlərini söyləyən zaman bildirdi ki, həm Tovuz hadisələri, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan diasporu ortaya böyük bir iş qoyub:
“Tovuz hadisələri dönəmində Azərbaycan diasporu gözləməyimiz şəkildə birləşə bildi. Dünyanın siyasi arenalarında, paytaxlarında ordumuza dəstək aksiyaları keçirdilər və birləşərək, xalqımızın yanında olduqlarını, tarixi vətənləri Azərbaycanla bir olduqlarını göstərdilər. Xaricdəki diaspora nümayəndələrimizin 90 faizi xarci ölkələrin vətəndaşları idi, lakin onlar bütün riskləri nəzə alaraq, Tovuz hadisələri zamanı meydanlara axıraşaraq, cənab prezidentin əsgərləri olduqları ifadə etdilər. Bu dünyada görülməmiş bir hadisə idi. Bu, Azərbaycan diasporunun yenidən birləşməsinə, inkişaf prosesinə bir təkan verdi. Azərbaycan diasporu bu gün də həmin birliyi davam və inkişaf etdirir. Azərbaycan diasporu bu gün özünün ən inkişaf etmiş dönəmini yaşayır. Hətta Azərbaycan diasporu artıq lobbiçiliyə keçid ərəfəsindədir.
44 günlük Vətən müharibəsində Azərbaycan diasporu ən şərəfli tarixini yaşadı. Azərbaycan ordusu cəbhədə, diasporumuz isə xaricdə dövlətimizə verdiyi dəstəklə vətəmizin yanında oldu. Buna görə də mən bütün çıxışlarımda dünya azərbaycanlılarını arxa cəbhənin qəhrəmanı adlandırıram”.

Ekspertin sözlərinə görə, müharibə vaxtı Azərbaycan ordusu cəbhədə erməni ordusunu darmadağın etdiyi kimi diasporamız da erməni diasporasını darmadağın edib.
“Erməni diasporası bu gün də özünə gələ bilmir. Bizim diasporamız isə istər mənəvi, istər siyasi, istərsə də iqtisadi cəhətdən erməni diasporasından güclüdür.
Bu gün xaricdə açılan Azərbaycan evləri, məktəblərinin fəaliyyətə başlaması, dünya azərbaycanlılarının qurultayının olması, xaricdə yaşayan soydaşlarımızın Azərbaycana tez-tez səfər etməsi diasporamızın inkişafının bariz nümunəsidir”,-deyə Toğrul Allahverdili bildirib.

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk  bizimlə söhbətdində bildirdi ki, Vətən müharibəsində sonra dünya azərbaycanlıları arasında həmrəylik güclənib. Onun sözlərinə görə, əvvəllər biz məğlub bir diasporu təmsil edirdiksə, bu gün qalib xalqın diasporuyuq:
“Bu reallıqdır və hər bir soydaşımız bu qüruru yaşadır. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi, həmrəylik prosesinə böyük təsir göstərəcək. Düzdür, müəyyən səbəblərdən orada diaspor üzvlərimizin çoxu iştirak edə bilmədi. Yenə də ümumi fəaliyyətə böyük təsir göstərir. Yəni, mənəvi-psixoloji üstünlük biz tərəfdədir. Bu üstünlüyü davam etdirilməliyik. Düşmənin beynəlxalq müstəvidə təxtibatlarına intellektual və akademik istiqamətdə cavab verməliyik. Xarici mətbuatda fəaliyyətimizi gücləndirilməlidir. Çünki əsas mübarizə informasiya üzərində qurulub. Kim informasiyada güclüdürsə, onun qalib olmaq şansı böyükdür. Biz Vətən müharibəsində informasiya üstünlüyümüzü qoruduq. Cənab Prezident xarici və qardaş Türkiyənin televiziyalarına verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasətini peşəkar səviyyədə ifşa edirdi. Hər bir təxribatçı sualları səbrlə cavablandırırdı. Bu isə bizim diaspor fəaliyyətimizə böyük təsir göstərirdi. Soydaşlarımızı ruhlandırırdı”.

Elnur Eltürkün sözlərinə görə, tarixnən millətimizin taleyində baş verən ümummilli hadisələr, faciələr bizim birliyimizdə dominantlıq təşkil edib:
“Nəzərə alaq ki, diaspor fəaliyyəti könüllü prinsiplər üzərində qurulub. Daxili mənəvi amillərlə bağlıdır. Vətənpərvərlik hislərinə söykənir.
Zaman-zaman mətbuatda eşidirik ki, erməni diasporu güclüdür və sair fikirlər səsləndirilir. Təbii ki, ermənilər təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər. Həm də onları gücləndirən beynəlxalq güclər var. Erməni diasporunun gücləndirən qüvvələr Osmanlı imperiyasını dağıtmaq üçün bundan istifadə edirdilər. İstər qərbin bəzi dövlətləri, istərsə də Çar Rusiyası erməni faktorundan istifadə edirdi. Prosesin tarixi tərəfi buna söykənir”.
Eksapert bildirib ki, diaspor fəaliyyəti zamanla bağlıdır və biz yeni diaspor fəaliyyəti qururuq:
“Xüsusilə, xaricdə yeni nəsil yetişir. Bunlar dil bilgiləri zəngin olan, yüksək təhsilli nəsildir. Onlar Azərbaycan diasporunu daha da irəliyə aparacaqlar. Bunun üçün zaman lazımdır”.


Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi, “Stichting TogetherStrong” Assosiasiyanın təsisçisi İlkanə Qoca Medianews.az saytına açıqlaması zamanı bildirib ki, azərbaycanlılar hələ 20-ci əsrin əvvəllərində Avropaya təhsil almağa gəlmiş və öz izlərini qoyub getmişlər. Lakin illər ötdükcə bu izlər silinib:
“İkinci Dünya müharibəsində azərbaycanlılar yenə də Avropaya gəliblər. Yəni, müharibə vaxtı Avropada əsir düşüb, qalan insanlar olub. Onlar Azərbaycan haqında təsərrüatlar yadıblar, lakin onların çevrələri böyük olmadığı üçün bu haqda tarixi məlumat yoxdur.
Mən çox şadam ki, bu gün Avropaya tək oxumaq üçün yox, işləmək üçün gələn soydaşlarımız da çoxdur. Qürurverici haldır ki, onların sayı günü-gündən artır.
Əgər diaspora quruculuğunun tarixçəsinə baxsaq görərik ki, 1990-cı illərdə Avropaya və Niderlanda köçmüş insanlara yerli dili, mədəniyyəti öyrənmək çətin idi. Təssüflər olsun ki, hamı yerli dili öyrənməyə cəhd göstərmir və ya işin çoxluğundan öyrənə bilmirdı. Hazırda Azərbaycanda yüksək səviyyəli kadrlar var və onlar Avropaya gəldikdə İngilis, Alman, Fransız və s. yerli dili bilirlər. Bu da yerli əhali ilə ünsiyyətə müsbət təsir edir”.
İlkanə Qoca lobbiçilik mövzusuna da toxunub və bildirib ki, bu sahədə görülən işlər bizdə hələ də çox aşağı səviyyədədir və ilk addımlarını atır:
“Bunun üçün çox işlər görülməlidir. Təəsüflər olsun ki, bu gün lobbiçilik işi ilə diaspora arasında fərq qoyulmur. Lobbiçilik işi daha dərindən getməlidir.
Deyilir ki, ermənilərin lobbiçiliyi böyükdür. Xeyr, bu belə deyil. Ermənilərin lobbiçiliyi bizdən nə böyük, nə də güclü ola bilər. Azərbaycanlıların dünya üzrə sayına baxsaq görərik ki, biz daha çoxuq. Hər ölkədə bir insan Azərbaycanla bağlı iş görsə, məsələn, kitab yazsa, mədəniyyətini təbliğ etsə, sosial mediada paylaşmalar etsə, ətrafındakı insanları məlumatlandırmış olar”.
İlkanə Qocann sözlərinə görə, həmrəyliyimiz üçün bütün diaspora üzvlərinə qarşı eyni münasibət olmalıdır, yoxsa insanlar motivasiyadan düşər:
“Bu sahədə insanlar hələ də bir-birlərindən çəkinirlər. Çox yaxşı oalr ki, səhliyyətli qurumlar bütün qruplardan olan insanlarla işləsinlər. Çünki hər bir insan Azərbaycanın mədəniyyətini, tarixini, həqiqətlərini olduğu kimi paylaşmağa hazırdır.
44 günlük müharibə zamanı hamı həmrəy oldu və Azərbaycan üçün vuruşmağa çalışdı. Amma təəssüf ki, bir çoxlarımız bu dönəmdə gördükləri işlər qiymətləndirilmədi. Bu da icma arasında parçalanma yaratdı. Bu da ürəkağrıdıcı səhnədir”.
İlkanı Qoca onu da bildirib ki, bu sahədə hardasa irəli gedə bilmişik. Çünki bu günə qədər diaspora və lobbiçilik işinə qarışmayan gənclərimiz artıq addım atmağa, hansısa işlər görməyə başlayıblar.

LEYLA,

Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanıb.

araz.az xəbər portalı.