“Media reyestri fəaliyyətə başladıqdan sonra jurnalistlərin güzəştli ipotekadan istifadə etmək hüquqları mümkün olacaq”.
araz.az bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin icraı direktoru Əhməd İsmayılov ASAN Radionun “QəbuldaASAN” verilişində deyib. O bildirib ki, hal-hazırda media reyestri ilə bağlı proqram təminatı üzərində iş yekunlaşmaq üzrədir:
“Düşünürük ki, sentyabr ayının sonuna qədər bu işlər yekunlaşacaq və reyestr fəaliyyətə başlayacaq. Növbəti etapda jurnalistlərimizin güzəştli ipotekadan yararlanması üçün hüquqi baza və infrastruktur mövcud olacaq”.
araz.azx xəbər portalı.
araz.az xəbər portalı.