ilkin1

Həkim-dietoloq Ləman Süleymanova yenidən məhkəməyə verilib.

araz.az  Pravda.az-a istinadən bildirir ki,  bu barədə Nərimanov Rayon Məhkəməsinə müraciət edilib.

Onun xüsusi ittiham qaydasında həbs olunması istənilir.

İş artıq hakim Xalidə Əlisoyun icraatına verilib. Lakin məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Son günlər mətbuatın gündəmini aparıcı İlkin Həsəninin bloger həyat yoldaşı Aysel Həsəninin həkim-dietoloq Ləman Süleymanova ilə yaşadığı mübahisə zəbt etmişdi.

Belə ki, məhkəməyə müraciət edəcəyini deyən Ləman Süleymanova bildirib ki, qarşı tərəf onun işgüzar nüfuzuna zərər gətirib:

“İlkin Həsəni sosial şəbəkədə mənim ünvanıma “tərbiyəsiz” ifadəsini işlədib. Adımı çəkməsə də, sonradan hər kəs söhbətin kimdən getdiyini bildi. Bütün bunlardan sonra ötən gün də həyat yoldaşı ünvanıma qeyri-etik ifadələr işlədib. Mən ona heç bir xoşagəlməz söz deməmişəm. Bəli, orada bir mübahisə yaşandı, bunu danmıram. Amma mən tərəfdən heç bir qeyri-etik ifadə olmayıb. Deyir ki, çəkiliş edirdik, bəs mənim o qədər söz dediyimi iddia edirsə, niyə onda mənim videomu çəkmirdilər? Mənim həyatda demədiyim kəlmələri dediyimi söyləyir.

İlkin də, xanımı da mənim işgüzər nüfuzuma zərər vurublar. Hər zaman deyirəm, kim günahkardırsa, qanun qarşısında cavab verməlidir. Deyir, apellyasiya məhkəməsinə müraciət edəcəyəm, etsin. Amma o, məhkəməyə müraciət etmədən, məni təhqir edir. Bu məsələni sakit şəkildə, hüquqi yolla həll etmək lazımdır. Canlı yayım açıb nələr danışmaq, saxta profillər açıb mənə nə gəldi yazmaq artıq işgüzar nüfuzuma xələl gətirməkdir. Onlar artıq fərqli mövzuya keçiblər. küçədə mübahisə gəlib mənim fəaliyyətimə çıxıb.

Baxıram ki, insanlar mənim həkimliyimə nəsə yazırlar, hamısı da saxta profillərdir. Öyrədilmiş insanların yazdığı bu sözləri mənim pasientlərim də oxuyur. Əsla onlarla prinsip aparmaq fikrim yoxdur. Amma bütün bunlara da susmayacağam. İlkin Həsənini “tərbiyəsiz” ifadəsinə görə məhkəməyə verəcəyəm. Xanımı Ayseli də işgüzar nüfuzuma xələl gətirdiyi üçün məhkəməyə şikayət edəcəyəm. Bu işə bir formada son qoyulmalıdır. Yoxsa gündə bir söz danışılacaq, məsələ uzanacaq”.

Ləman Süleymanova söyləyib ki, İlkin Həsəni ona yalandan polis adı ilə zəng edib.

Xatırlatma: Bir neçə gün əvvəl aparıcı İlkin Həsəni sosial şəbəkədə videomüraciət ünvanlayaraq ailə üzvlərinin təhqir edildiyini və həmin qadının tapılmasını istəmişdi.

Daha sonra İlkin Həsəni Bakı Şəhər Baş Polis İdarəsində dinlənildikdən sonra Ləman Süleymanova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib olunub. Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Ləman Süleymanovanın əməlində xuliqanlıq olmadığı qənaətinə gəlib və iş üzrə icraata xitam verilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.