kreml9

“Türkiyə Cumhurbaşqanı Rəcət Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə dünənki görüşündə müxtəlif mövzular müzakirə olunub. Ukraynada apardığı işğalçı müharibə fonunda Qərbin Rusiyaya qarşı sanksiyaları genişlənir. Bu vəziyyətdə Rusiyanın Türkiyə ilə əməkdaşlığa ehtiyacı artıb. Rusiya rəsmiləri də etiraf edirlər ki, Türkiyə Rusiya üçün vacib körpü rolunu oynayır. Putin anlayır ki, sanksiyalar Rusiya iqtisadiyyatına və bank sektoruna dağıdıcı zərbə vurur”.

araz.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Kreml sahibi bu vəziyyətdən çıxış yolu kimi Türkiyə ilə iqtisadi əlaqələri genişləndirməyə, bank sektorları arasında interqasiyanı genişləndirməyə çalışır: “Ərdoğan iqtisadi əlaqələri genişləndirməyə hazırdır, ancaq Qərb Rusiyanın bank sektoru ilə əməkdaşlıq edənləri də hədəf götürür. Ona görə də bu məsələdə Ərdoğan ehtiyatlı mövqe tutur. Soçi görüşü ilə bağlı bizi maraqlandıran digər sual budur: “Prezidentlərin görüşündə Qarabağdakı son vəziyyət müzakirə olundumu?” Prezidentlərin Qarabağla bağlı xüsusi müzakirə apardığı ehtimalı azdır. Bu heç bizə lazım da deyil. Putinin Rusiya üçün indiki ağır vəziyyətdə Türkiyə ilə əməkdaşlığa ehtiyacı artıbsa, Kreml sahibinin Azərbaycan ordusunun irəliləməsi və strateji yüksəklikləri, o cümlədən yaxın həftələrdə Laçını və dəhlizi nəzarətə götürəcəyinə mane olmayacağını proqnozlaşdırmaq mümkündür”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.