tikinti1

“Körpü-Bina-Tikinti” MMC-nin Abşeron rayonu, ekologiya postunun yaxınlığındakı yaşıllıq ərazidə ağacları məhv edərək tikdiyi obyekt sökülür.

araz.az-ın xəbərinə görə, bu barədə tanınmış vəkil Aslan İsmayılov bildirib.

“Əşi, onsuz da düzələn deyil”, “bizdən heç nə asılı deyil” deyənlərin diqqətinə: Sulutəpə yolunda böyük yaşıllıq ərazini qıraraq yolun ortasında tikilən obyekt sökülür. İctimai qınağın nəticəsinin daha bir nümunəsi. Əminəm ki, həmin hektarlarla yaşıllığın qorunması, abadlaşdırılmasını da birlikdə həyata keçirəcəyik. Bu görüntü bütün yaşıllıqları qırıb obyekt tikənlərə və onlara rüşvət müqabilində icazə verən məmurlara dərs olsun!” – A.İsmayılov qeyd edib.

Qeyd: Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Bəhruz Məhəmmədov avqustun 3-də açıqlama verərək demişdi ki, ərazidə baş vermiş yanğınlar nəticəsində ağacların bir qismi məhv olub, bir qismi isə zədələnib və yaşıllığa dəymiş ziyan hesablanaraq FHN-in Əməliyyat İstintaq İdarəsinə göndərilib. Yanğınlar zamanı məhv olmuş ağacların əvəzində payız mövsümündə yeni ağaclar əkiləcək.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/9uvyL0g5QPE'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.