300456396 502617838532375 578230981266186572 n

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

araz.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, 67 kq-da çıxış edən Kənan Abdullazadə və 72 kq-da yer alan Qurban Qurbanov qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinalda Kənan Abdullazadə qazaxıstanlı Məhəmməd Qoşqarı 9:2, Qurban Qurbanov isə Ukrayna təmsilçisi İrfan Mirzoyevi 5:0 hesabı ilə məğlub edib.

60 kq-da Nihat Məmmədli isə yarımfinalda iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və bürünc medal üçün güləşəcək.

 

araz.az xəbər portalı.