Screenshot 2022 08 25 084946Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə geyimi ilə gündəmə gəlib.

araz.az  xəbər verir ki, müharibə başlayandan bəri yaşıl köynəyi ilə görüntülənən prezident Müstəqillik Günündə “vişivanka” adlanan ənənəvi Ukrayna köynəyi geyinib. Köynəyin ön hissəsindəki işləmələr diqqət çəkib. Belə ki, köynəkdə kişi və qadın fiquru, Ukrayna istehsalı olan BTR-3E1 tipli zirehli maşın və tank əks olunub.

Sosial şəbəkələrdə xeyli müzakirə olunan köynəyin verdiyi mesajlar da müxtəlif cür yozulub. Ancaq bir çox insan köynəkdəki qadın və kişi fiqurunun Zelenski ilə xanımını əks etdirdiyini bildiriblər. Onların fikrincə, köynəkdəki zirehli texnika işləmələri isə əzmkarlıqla döyüşməyə davam edəcəklərinə işarədir.   Zelenski yenə geyimi ilə gündəmdədir - Mesajlarla dolu köynək - FOTO

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.