Avqustun 31-i Beynəlxalq Avrasiya Mətbuat Fondu Əl Cəzirə Media Şəbəkəsi ilə birgə təlimlərə başlayıb.
araz.az xəbər verir ki, təlimlərin açılış mərasimində BAMF prezidenti Umud Mirzəyev, Medianın İnkişaf Agentliyinin (MEDİA) şöbə müdiri Səbinə Seyidova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru, BAMF-ın himayəçilik şurasının üzvü Rəşad Məcid və Əməkdar jurnalist Qulu Məhərrəmli və Rey Kərimoğlu iştirak ediblər.
Qeyd edək ki, təlimlər BAMF-ın baş ofisində Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba tərəfindən keçiriləcək.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/xMXIUnySupA'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az xəbər portalı.
araz.az xəbər portalı.