Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun müayinə və müalicə üçün Almaniyaya getmək niyyəti baş tutmayıb.
araz.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxınları bildirib.
Buna səbəb isə Qaralovun ölkədən çıxış üçün icazə istəyinə “yox” deyilməsidir.
Yaxınlarının bildirdiyinə görə, qaraciyər problemindən əziyyət çəkən Qaralova “yuxarıdan” “Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq baş prokuror bu günlərdə vəfat edən yaxın qohumlarından birinin məclisinə də gedə bilməyib.
Onun işdən azad olunmasından sonra yenidən içkiyə qayıtdığı və bunun da səhhətində ciddi problemlərə səbəb olduğu deyilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.