armen6“Liderlərin Brüssel görüşündən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan niyə Xankəndinə gəlsin ki? Onun səfərinin məqsədinin yalnız separatçıların 2 sentyabr “müstəqillik” tədbirləriylə bağlı olduğunu düşünmürəm. Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Xankəndinə gəlməyib. Çünki bilir ki, bu qanunsuz səfər bölgədə gərginliyi artıra bilər. Ancaq ola bilər ki, Paşinyanın mövqeyi dəyişib və yeni yolun çəkilişindən sonra Xankəndinə gəlmək haqqında düşünür”.

araz.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Armen Qriqoyanın Qarabağa gəlişi nəbz yoxlamasıdır və mümkündür ki, Paşinyanın gəlişinə hazırlıq məqsədi daşıyır. Ərazimizə belə bir qanunsuz səfər barədə düşünürlərsə, yolu rahat keçmək üçün Moskvadan icazə almalı olacaqlar. Moskvanın icazəsi Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaradacaq. Paşinyanın gəlişi böyük riqsdir, ancaq “gəlməz” deyib bu versiyanı bəri başdan rədd edə bilmərik” – E.Şahinoğlu qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.