Bir müddət bundan əvvəl Tovuz rayon Məhkəməsinin hakimi Nofəl Mustafayev çalışdığı işində qol qoyduğu ciddi nöqsanlara görə hakimlik vəzifəsindən uzaqlaşdırıldı. Söylənilənlərə görə, bu şəxs ötən 12 il ərzində əldə etdiyi rüşvətin qarşılığında saysız-hesabsız sayda qanunlarımıza zidd qərarlar qəbul edib, neçə-neçə insanları dövlətimizdən narazı saldı. Bütün bunlara baxmayaraq, yerlərdən aidiyyəti dövlət qurumlarına ünvanlanan haqqlı şikayət ərizələri son anda nəticə verdi və Nofəl Mustafayev hakimlik vəzifəsindən uzaqlaşdırıldı. Həmin ərəfədə Tovuz rayon Məhkəməsinə yeni təyin olunmuş hakim Zaur Hümbətov az müddət ərzində Nofəl Mustafayevlə birlikdə çalışdı. Əldə etdiyimiz şifahi məlumatlara görə, hal-hazırda Zaur Hümbətov da Nofəl Mustafayevin yolu ilə gedir, vaxtilə onun qol qoyduğu əməlləri təkrarlayır. Belə ki, yerlərdə dolaşan söz-söhbətlərə görə, bu gün Tovuz rayon Məhkəməsində hakim Zaur Hümbətovun da daxil olduğu bir qruplaşma fəaliyyətə başlayıb. Bu qruplaşma hansısa işi əvvəlcədən öhtəsinə götürür, əvvəlcədən razılaşdırılmış qaydada, planlı şəkildə lazımı sənədlər hazırlanır və təqdim olunur. Yəni, lazım olan dəstək göstərilir, sonda qətnamə qəbul olunur, qarşılığında isə …
P.S. Biz bir media qurumu olaraq bu məsələni diqqətdə saxlayacayıq və yaxın vaxtlarda hakim Zaur Hümbətovun icraatında olan bir neçə işin nəticələri barədə, hətta geniş ictimaiyyətə ətraflı məlumat da verməyə çalışacağıq. Bizi izləyin.
araz.az xəbər portalı.