Bir neçə gün öncə Xalq artisti Nurəddin Mehdixanlı “Azərbaycan kəndlisi tənbəldir” deyə iddia edən ekspertləri, həmçinin qiymət artımları ilə bağlı sərt fikirlər səsləndirmişdi:
“Onların həyat şəraitlərindən xəbərləri varmı? Bunu bilmirlər. Əksər hallarda o cür ekspertlər Bakıda kabinetdə oturub klaviatura arxasından, televiziya ekranından ağıl öyrədirlər. Azərbaycan kəndlisi həmişə zəhmətkeş olub, hər zaman çörəyini dişi, dırnağı ilə qazanıb. Bu gün əgər Bakı şəhəri kənd təsərrüfatı məhsulları, ərzaq məhsulları ilə təmin olunursa, bu elə kəndlinin hesabınadır. Kəndli heç vaxt tənbəl olmayıb”.
araz.az bildirir ki, Ednews.net mövzu ilə bağlı bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun N.Mehdixanlının fikirlərinə münasibətini öyrənib.
“Özüm də dəfələrlə demişəm ki, kənd təsərrüfatına və digər sahələrə dövlət hesabına verilən güzəştli kreditlər şəffaf deyil. Mən onun şəfaf olması üçün yolunu da göstərmişəm. Həmin o krediti verən yəni burada kənd təsərrüfatı nazirliyinə verilir. Onların saytında məlumat dərc olunmalıdır ki, kimlərə verilir, kimlər müraciət edir, nəyə görə, nə qədər, hansı faizlə və s. Burada heç bir sirr olmamalıdır. Çünki bu dövlət hesabına verilən güzəştli kreditdir”.
Ə.Həsənov fikirlərinə bu cür davam edib:
“Yox əgər bunu etmirlərsə deməli burada korrupsiya var. Mən o fikirlə razıyam ki, bizim kənd təsərrüfatı ilə məşğul olan, kəndlərdə yaşayan əhalinin belə problemləri var. Onların maliyyə problemləri var və maliyyələşdirilməsi də təəssüf ki, korrupsiyasız ötüşmür. İkinci isə torpaq məsələsidir. Kənd yerlərində eləcə də şəhərdə yaşayanlar daşınmaz əmlakı, torpağı, üstündəki binanı, tikilini qeydiyyata aldırmaq problemdir.
Üçüncü problem odur ki, varlı insanlar ən yaxşı torpaqları alırlar. Orada yaşayanlar artıq fəaliyyət göstərə bilmir. Mən deməzdim ki, kənd yerlərində yaşayanlar tənbəldir. Sadəcə olaraq onlar bütün bu problemlərlə mübarizə aparmaq istəmirlər. Rahat yolunu onda görürlər ki, gəlsinlər Bakıya, yaxud da getsinlər hər hansı bir xarici ölkədə ticarətlə və ya başqa işlə məşğul olsunlar. Kənd yerlərində yaşamaq, kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər.
Sonda ekspert bunlardı vurğuladı:
“Digər məsələ isə insanlarımız özü də bizə birləşməyə meyilli deyillər. Tək fəaliyyət göstərmək istəyirlər. Hər bir halda dövlət kənd təsərrüfatını stimullaşdırmaq üçün qanunvericiliyi təkminləşdirməlidir. Oradakı kreditləri şəffaflaşdırmalı, korrupsiyaya son qoyulmalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.