cahangir

“Azərbaycan Hava Yollarından hamı narazıdır. Elə bəndəniz də. Təyyarələr təzədir. Pilotlar mükəmməldir. Düzdür, sərbəst danışa bilmirlər. Səhvən bir cümlə desələr, Məmmədyarovdan daha betər səhvlər edəcəklər. Onların da arasında istisna halları var. Birini tanıyıram, pilotdur, bütün sərgilərimizə gəlib kitab alır.  Belə insanları kitaboxuyan görəndə istəyirsən, təyyarəni ona hədiyyə edəsən. Pilotlar harda təlim alırlar, bilmirəm, qalxış-eniş yastığa baş qoymaq kimidir”.

araz.az-ın xəbərinə görə, bunu “Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

Ş.Xuduoğlu qeyd edib ki, stuardessaları həmişə kədərli olurlar: “Bir az da qəzəbli. Stuardeslər də eynən.  İnsanlardan ünsiyyətdən qaçırlar. Depressiv halları uzaqdan görünür. Servis bir az fərli işləyir. Qulaqcıqla, suyu eyni vaxtda sifariş etsən, öncə qulaqcığı gətirəcəklər. Məntiqlə başa düşürəm, təki sərnişinin başı qarışsın. Çox nadir halda gülümsəyərlər. Və o nadir hal zehnimə əbədi həkk olur. İnsan nə gözəl olur gülümsəyəndə… Yemək tabağında təntənəli “ansambl” yaradıblar. Diş çöpü də qoyurlar. Duz, istiot, çayı qarışdırmağa çöp, sup yeməyə qaşıq (?), şəkər tozu (xatırladım ki, çay verəndə ayrıca şəkər də təklif edirlər), azərbaycanlıların ən zəif yerindən  tutublar; çörəyi bol edirlər, ağ, boz, qara çörəklər. Tabaq qarşına gələndə görüntüdən adam doyur. Yağ, pendir də var. Amma yağ-pendirlər illərdi sərnişinin qarşısında gəldiyi kimi də geri dönür. Çünki üstündə nə istehsal, nə də bitmə tarixi qeyd olunub. Şəkərin də üstündə İsmayıllı zavodundan başqa heç nə yazılmayıb. Stuardessa hələ də Azərbaycan dilinin anasını ağladır. Cahangir müəllim inciməsin, amma daha onun getmək vaxtı çoxdan çatıb. Düzdür, saat geriyə işləyir, yığdığını qoruya bilməyəcək. Amma yenə də nə qədər tez getsə, itkisi az olar… Qoy gənc biri gəlsin, hava məkanı gənclərə məxsusdur. Günah keçisi olmaqdansa, məsum quzu olmaq daha yaxşı deyilmi? Sabah sizin də haqqınızda cinayət işi başlayacaq Zakir Qaralov kimi, hava məkanından istifadə  hüququnuz ümumiyyətlə olmayacaq. Bir də vacib məqam. Niyə həmişə həm baqaj verəndə, həm də geri dönüşdə pasport kontrolda basabas olur, bunu heç çür tənzimləmək olmazmı? Sərhəd qoşunları niyə bunu biryolluq həll etmir? Üstəlik, Avropanın enerji təminatçısına iddialı olan bir dövlətin  qənaət etmək məqsədi ilə  Beynəlxalq hava limanında   havalandırma və kondisioneri söndürmək, o cümlədən tualetə kağız və sabun qoymamaq nə qədər düzdür? Həm Elçin müəllim, həm də Cahangir müəllim hardasa kiçik kənd üçün kitabxana tikiblərmi? Bundan xəbəri olan varmı, bəlkə mən bilmirəm…”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.