kamratesil“Qəbul imtahanlarının nəticələri açıqlanandan sonra ali təhsil müəssisələri plan yerlərinin nə qədər dolmasını, yüksək ballı abituriyentlərin onları seçməsini böyük uğur kimi təqdim edirlər. Bu təhsilə nə qədər bəsit, primitiv yanaşmağımızı göstərir. Və ya Elm və Təhsil nazirliyi sertifikasiyada uzun müddət ixtisasını öyrədən müəllimin 50+ bal toplamasını yeni qitə kəşf etmiş kimi təqdim edir. Bizdə universitetlər, ixtisaslar yüksək təhsil verir deyə abituriyentlər tərəfindən seçilmir, yüksək bal toplayan abituriyentlər DİM-in nəşr etdiyi abituriyent jurnalına baxırlar və ballarına uyğun ixtisas görən kimi onu seçirlər”.

araz.az-ın xəbərinə görə, bunu ekspert Kamran Əsədov bildirib.

“O plan yerləri 90 faizdən çox dolduğu üçün qurban kəsən, nəzir verən universitetlərin məzunlarını işlə təmin edə biləcək bilik verirmi? Məzunlarının neçə faizi işlə təmin olunur? Tələbənin təhsil aldığı müddətdə bir problemini həll edirmi? Bir faktı deyim, tutaq ki, bir ixtisas üzrə bu il keçid balı 680 olub, informasiya təhlükəsizliyi ixtisasında. Ekologiyada 150 bal. Gələn il yüksək bal toplayanlar bala görə ixtisas seçəcəklər. Hansısa bir il nəticələr zəof olsa, keçid balı aşağı olacaq və abituriyentlər o ixtisasları seçmək istəməyəcək. Sizin fəxr etdiyiniz o 90+ faiz plan yerinin dolması abituriyentin elektron ərizədə 15 yeri seçməyinə görədir. Təki kəsilməyim deyə bütün yerləri yazıb. Misal üçün, niyə bir 203 bal toplayan xanım abituriyent Qərbi Kaspi Universitetinin Meşəçilik, Koperasiya Universiterinin Şərabçılıq ixtisasını seçsin ki? Çünki o abituriyent 100 bal limitini keçməyib, kəsilməmək üçün seçir oranı. Bir də, I ixtisas qrupunda müəllimlik ixtisasının nüfuzu qalxmayıb, bu süni bir artımdır. Yüksək bal toplayanlar digər ixtisasları seçdiyi üçün onların da əlində bu ixtisaslar qalıb” – K.Əsədov qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.