Bir müddət əvvəl “Azərlotereya” ASC illik audit hesabatını saytında dərc etdi.
araz.az xəbər verir ki, hesabatı KPMG audit şirkəti həyata keçirib. Bu şirkət dünyanın 4 ən nüfuzlu audit şirkətindən (Big-4) biridir. Amma KPMG-nin ölkədə reputasiyası o qədər də yaxşı deyil. Gəlin, səbəblərini birgə incələyək.
KPMG-NİN AUDİT ETDİYİ BANKLAR MÜFLİS OLUB
2016-cı ildə Azərbaycanda 11 bank bağlanıb, bunlardan ən böyük ikisi – “Bank Standard” və “Texnikabank”ın auditini KPMG şirkəti aparıb.
Həmin vaxt “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri olan hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov deyib ki, KPMG-nin audit apardığı hər iki bankın müflis olması onun fəaliyyətinə şübhələr yaradır. Halbuki, adıçəkilən bankların 2012-ci ilə qədər kənar auditoru PwC audit şirkəti olub. Sonradan PwC-də işləyən Vüqar Əliyev iş yerini KPMG-yə dəyişib və köhnə müştərisi olan bankları da özü ilə aparıb. Məhz onun sayəsində son illər bu banklarda normal audit aparılmayıb. Hətta hüquqşünas bu məsələ ilə bağlı KPMG-nin baş ofisinə müraciət edib, lakin cavab almayıb.
KPMG “ARTSHAKHBANK”IN AUDİTORU OLUB
2018-ci ildə məlum olub ki, KPMG Azərbaycan qanunvericiliyinə, ölkəmizin ərazi bütövlüyünə hörmət qoymur. Belə ki, “KPMG Armenia” “Artsakhbank”ın rəsmi auditoru olub. Saytda yerləşdirilən sənəddə KPMG-nin imzası və möhürü mövcuddur. Həmin vaxt Əkrəm Həsənov vacib bir məqamı qeyd etmişdi: “KPMG-nin MDB üzrə bank auditi rəhbəri milliyyətcə azərbaycanlı Vüqar Əliyevdir”. Bəli, həmin o yuxarıda adını çəkdiyimiz Vüqar Əliyev. KPMG-nin Ermənistan da daxil olmaqla bütün MDB məkanında bank auditi ilə məşğul olduğunu nəzərə alsaq, Vüqar Əliyevin rəhbərlik etdiyi şirkətin Dağlıq Qarabağda yerləşən banklara da xidmət göstərdiyindən xəbərsiz olmağı qeyri-mümkündür.
KPMG RƏHBƏRLİYİ ABŞ-DA HƏBS OLUNUB
KPMG şirkətinin rəhbərliyi ABŞ-da həbs olunub. Əkrəm Həsənovun sözlərinə görə, dələduzluq və digər cinayətlərə görə şirkətin 6 rəhbər şəxsi həbs edilib: “Onlar nəzarət orqanının işçilərindən özləri haqda məxfi məlumatlar alıblar və qeyri-peşəkar fəaliyyətlərini bu cür ört-basdır ediblər. KPMG-nin reputasiyası bütün dünyada darmadağın olur. Buna baxmayaraq, ölkəmizdə bəziləri bu şirkətə himayədarlıq edir. Hər bir halda xəbərdarlıq edirəm: KPMG ilə, o cümlədən onun yoxladığı şirkətlərlə ehtiyatlı olun”.
“HESABATA İNANMAQ OLMAZ”
Əkrəm Həsənov İndex.az-a açıqlamasında bildirib ki, “Azərlotoreya” ilə yanaşı, Mərkəzi Bankın da son illər kənar auitini KPMG aparır: “Məhz son illər! Halbuki, əvvəllər Mərkəzi Bank heç vaxt KPMG ilə işləmirdi, “Deloitte”, PwC ilə işləyirdi. Son illərdə KPMG dövlət sektorunda yaman fəallaşıb. Bu da onun nəticəsidir ki, onun imici və işgüzar nüfuzuna böyük xələl gəlib. Çünki Azərbaycanda ən böyük bank müflisləşmələrinin fonunda onlar olublar. Təkrar edirəm, “Bank Standard” və “Texnikabank” kimi iri bankların kənar autini onlar aparıblar və hər zaman da yazıb ki, hər şey qaydasındadır. Bununla yanaşı, KPMG xarici ölkələrdə də özünü biabır edib. Azərbaycanda isə aşağı qiymət verməklə daha sərfəli qiymət verməklə daha üzü yola olmaqla öz müştəri bazasını azərbaycanda genişləndirir. Xatırladaq ki, auditor xidməti ən bahalı xidmətdir. Lakin əksər hallarda bu heç özünü doğrultmur. Sadəcə dünya praktikasıdır. Əsas da “Böyük 4-lüy”ə daxil olan audit şirkətləri… Təsadüfi deyilki Azərbaycanda son illər digər, yəni o qədər də baha işləməyən audit şirkətləri fəallaşıb. Bəzi auditorlar şirkət rəhbərləri ilə əlbir olub, öz rəylərində saxtakarlığa yol verirlər. Saxtakarlığı bu “Böyük 4-lüy”ə daxil olanların hər biri etsə də, saxtakarlıq üzrə lider KPMG-dir. Ona görə, KPMG ya qiyməti endirir, ya da “azərbaycansayağı” proseslər baş verir. Buna görə, KPMG son illərdə fəallaşıb, öz imicini düzəldir. Mən onların hesabatlarına heç etibar etmirəm və bununla bağlı əlimdə yetərincə səbəb var! Bunu “Bank Standard”da, “Texnikabank”da pulu qalanlardan soruşa bilərsiniz…”
“AZƏRLOTEREYA” RƏHBƏRLİYİNƏ MÜRACİƏT
“Azərlotereya” ASC-nin maliyyə hesabatına inanmaq olar, ya yox, oxucular, o cümlədən adıçəkilən şirkətin rəhbərliyi qərar versin. Unutmayaq ki, audit şirkətin güzgüsüdür və hər əyri-əskiyi olduğu kimi göstərməlidir. Sonra gec olur… “Azərlotereya” “Bank Standard”, “Texnikabank”ın aqibətini yaşaya bilər
araz.az xəbər portalı.
araz.az xəbər portalı.